AZ

Azərbaycan alma və xurma ixracından gəlirini artırıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 42 milyon 637 minABŞ dolları dəyərində 66 min 874 ton alma ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 1 milyon 468 min ABŞ dolları (3,6%), həcm baxımından isə1 455 ton (2,2%) çoxdur.

10 ayda alma ixracı ölkənin ümumi ixracının 0.19%-ni təşkiledib.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 41milyon 169 min ABŞ dolları dəyərində 65 min 419 ton alma ixracedib.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan 52 milyon 929 minABŞ dolları dəyərində 74 min 543 ton xurma ixrac edib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6milyon 773 min ABŞ dolları (14,7%), həcm baxımından 10 min 680 tonisə (16,7%) çoxdur.

Seçilən
23
1
az.trend.az

2Mənbələr