AZ

Azərbaycanın alma ixracını 3,6%, xurma ixracı isə 14,7% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 42 milyon 637 min ABŞ dolları dəyərində 66 min 874 ton alma ixrac edib.

Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyon 468 min ABŞ dolları (3,6%), həcm baxımından isə 1 455 ton (2,2%) çoxdur.

10 ayda alma ixracı ölkənin ümumi ixracının 0.19%-ni təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 41 milyon 169 min ABŞ dolları dəyərində 65 min 419 ton alma ixrac edib.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan 52 milyon 929 min ABŞ dolları dəyərində 74 min 543 ton xurma ixrac edib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6 milyon 773 min ABŞ dolları (14,7%), həcm baxımından 10 min 680 ton isə (16,7%) çoxdur.

Fuad Mədətov
Fins.az

Seçilən
2
1
fins.az

2Mənbələr