"İmmunitet sistemi zəifləmiş hamilə və süd verən qadınlar zibil yığınları və kanalizasiya arasında həyatda qalmaq üçün mübarizə aparırlar".
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyinin (UNRWA) baş komissarı Philippe Lazzarini deyib.
Lazzarini, Qəzzada təxminən 50 min hamilə qadının olduğunu və gələn ay 4 min doğumun gözlənildiyini bildirib. Lazzarini açıqlamasında pis gigiyena şəraitinin və təmiz suya çıxışın olmamasının hamilə və süd verən qadınların sağ qalmasını çətinləşdirdiyini vurğulayıb:
"İmmunitet sistemi zəifləmiş qadınlar zibil və kanalizasiyanın yığıldığı ərazilərdə həyatda qalmaq üçün mübarizə aparırlar. Gigiyena məhsullarına çıxış mümkünsüz olub.
700 mindən çox qadın və qız əsas ehtiyacları əldə edə bilmir. Məhsullar ya çox bahadır, ya da tamamilə satılıb".