AZ

Pitbull liftdə qadına hücum etdi

Rusiyanın Krasnodar şəhərində yaşayış binasının liftində pitbul qadına hücum edib.

Medianews.az “Sibdepo”ya istinadən xəbər verir ki, hadisə, liftdə uşaq ilə birlikdə olan qadının itin sahibi ilə arasında olan münaqişədən sonra baş verib.

Zərərçəkən, itin sahibi olan qadından heyvanın ağzını bağlamağını xahiş edib.  Qadın bu xahişə məhəl qoymayıb. Zərərçəkmiş  uşaqla birlikdə çölə çıxmağa çalışsa da, qonşusu lifti bağlayaraq bunun qarşısını alıb.

Qarşıdurma zamanı it qadının üstünə atılıb və o, uşağı qorumaq üçün heyvanı təpiklə uzaqlaşdırmağa məcbur olub. Bundan sonra itin sahibi iti ilə birlikdə qonşusuna hücum edib. Qadın yüngül bədən xəsarətləri alaraq təcili yardıma müraciət edib. Hadisə nəticəsində uşaq xəsarət almayıb.

Seçilən
13
12
medianews.az

10Mənbələr