Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Referans.az“Report”a istinadən bildirir ki, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.