Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Ölkə.az” xəbər verir ki, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, rayon sakini Abdullayev Tahir hadisə yerində dünyasını dəyişib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)