AZ

Təmsilçimiz İstanbulda qızıl medal qazanıb

Fiqurlu konkisürənimiz Vladimir Litvinsev beynəlxalq yarışda qızıl medal qazanıb.

Apasport.az xəbər verir ki, o, noyabrın 25-30-da Türkiyənin İstanbul şəhərində keçirilən “Bosfor kuboku” adlı yarışda iştirak edib.

Azərbaycanı təmsil edən idmançı qısa və sərbəst proqram üzrə çıxış edərək 12 idmançı arasında 225.41 xal taplayıb. Yekun nəticədə 1-ci yeri tutaraq, qızıl medala layiq görülüb.

Yarışda Azərbaycanı yeniyetmə idmançılar Səbinə Əliyeva və Leyli Axundova da təmsil ediblər.

Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşıb.

 

Atıcımız Serbiyada gümüş medal qazanıb

Yığmamız Qran-prinin qalibi olub

Azərbaycan Badminton Federasiyasından Botsvanaya hədiyyə

Təmsilçimiz Polşa turnirində iştorak edib

Azərbaycan təmsilçilərindən 3 medal

Seçilən
1
14
apasport.az

10Mənbələr