1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
25-30 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən fiqurlu konkisürmə üzrə "Bosphorus Cup" adlı yarışda Azərbaycanı təmsil edən idmançımız Vladimir Litvintsev iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasından məlumat verilib.
Bildirilib ki, V.Litvintsev qısa və sərbəst proqram üzrə çıxışına görə 12 idmançı arasında 225.41 xal taplayaraq yekun nəticədə 1-ci yeri tutub və qızıl medala layiq görülüb.
Bununla yanaşı, yarışda Azərbaycanı yeniyetmə idmançılar Səbinə Əliyeva və Leyli Axundova təmsil edib.
Nəticədə 52 idmançı arasında Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşıb.