AZ

Ərdoğanla Məhəmməd Şia əl-Sudani arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon əlaqəsi saxlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Türkiyənin ilkin prioritetinin sərhəddən kənarda sülhü qorumaq və mülki əhaliyə zərər vurmamaq olduğunu bildirib. O, Suriyanın birliyi, sabitliyi və ərazi bütövlüyünün vacib olduğunu və bu mövzuda İraqla eyni nöqtədə olduqlarını qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün Suriya rejiminin real siyasi prosesə başlamasının vacibliyini vurğulayıb. Prezident həmçinin Türkiyənin terror təşkilatı PKK və onun qollarının qarşısını almaq üçün addımlar atdığını və atmağa davam edəcəyini qeyd edib.

Seçilən
20
14
sia.az

10Mənbələr