ABŞ generalı terrorçularla görüşüb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) general Maykl Erik Kurillanın Suriyada terror təşkilatı PKK/PYD-nin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə müzakirələr apardığını açıqlayıb.
Reyting.az-ın məlumatına görə, CENTCOM-un açıqlamasında qeyd edilib ki, general əsasən qüvvələrin müdafiəsi tədbirləri, sürətlə inkişaf edən vəziyyət və İŞİD təhlükəsini müzakirə edib.
Suriya səfərindən sonra Bağdada gələn general Kurilla İraqın baş naziri Məhəmməd şiə Sudani, Baş Qərargah rəisi general-leytenant Əbdüləmir Yarullah və İraq Birgə Əməliyyatlar komandanının müavini general-leytenant Kays əl-Məhəmmədavi ilə görüşüb. İkitərəfli əməkdaşlığın və regional təhlükəsizliyin gücləndirilməsi, Suriyada sürətlə dəyişən vəziyyət və İraqda İŞİD-ə qalib gəlmək üçün aparılan əməliyyatlar müzakirə edilib.
ELÇİN