ABŞ-də kommersiya məqsədli neft ehtiyatları son bir həftə ərzində 5,1 milyon azalaraq 29 noyabr 2024-cü il tarixinə 423,4 milyon barel təşkil edib.
Paralel.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, cari ehtiyat səviyyəsi ilin bu vaxtı üçün beşillik orta göstəricidən 5 % aşağıdır.
Birja məlumatlarına görə, Londonun ICE birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,02 % azalaraq 73,56 dollar/barel, WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 0,01 % azalaraq bir barelə görə 68,87 ABŞ dolları təşkil edib.