AZ

ABŞ-ın neft ehtiyatları azalıb

 ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 0,9 milyon barel azalaraq 13 dekabr 2024-cü il tarixinə 421 milyon barel təşkil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, cari ehtiyat səviyyəsi ilin bu vaxtı üçün beşillik orta göstəricidən 6% aşağıdır.

ICE London birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,61% artaraq bir barel üçün 73,77 dollar təşkil edib.
WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 0,93% artaraq 70,36 dollar/barelə çatıb.

Seçilən
1
2
ucnoqta.az

10Mənbələr