AZ

Axşam bu yeməklərdən imtina EDİN!

Yatmazdan əvvəl axşamlar yeyilən bəzi yeməklər şişkinlik, köp, ödəmə səbəb olur.

Redaktor.az Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Dmitri Fedulov axşam qadağan olunan ərzaqları açıqlayıb.

“Qarında köp və ağrını paxlalılar verir. Eləcə də nişasta ilə zəngin tərəvəzlər - kartof, qarğıdalı şişkinlik yaradır, qanda şəkəri artırır. Yatmazdan əvvəl bəzi meyvələri də yemək olmaz: banan, üzüm, şirin meyvələr.

Bu qidaları yalnız günün birinci yarısı yemək, əks təsirlərindən qorunmaq üçün fiziki hərəkətdə olmaq lazımdır. Axşamlar zülal tərkibli yemək, sadə meyvə-tərəvəz qəbul etmək lazımdır.

Sonuncu yemək qəbulu yuxudan ən azı 2 saat əvvəl olmalıdır. Axşam saat 10-da yatmalı olduğunuzu nəzərə alsaq, yemək qəbulu saat 8-də bitməlidir ki, həzm sistemi yuxuda işləməsin, dincəlsin”, - Fedulov qeyd edib.

phrase_var_article.chosen
22
9
redaktor.az

10phrase_var_article.sources