Yatmazdan əvvəl axşamlar yeyilən bəzi yeməklər şişkinlik, köp, ödəmə səbəb olur.
Viral.az Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Dmitri Fedulov axşam qadağan olunan ərzaqları açıqlayıb.
“Qarında köp və ağrını paxlalılar verir. Eləcə də nişasta ilə zəngin tərəvəzlər – kartof, qarğıdalı şişkinlik yaradır, qanda şəkəri artırır. Yatmazdan əvvəl bəzi meyvələri də yemək olmaz: banan, üzüm, şirin meyvələr.
Son Yazılar:
- Axşam bu yeməklərdən imtina EDİN!
- Ömrün uzadılması üçün ideal iş qrafiki AÇIQLANDI
- Bu xəstələr diş fırçasını dərhal dəyişsin
Bu qidaları yalnız günün birinci yarısı yemək, əks təsirlərindən qorunmaq üçün fiziki hərəkətdə olmaq lazımdır. Axşamlar zülal tərkibli yemək, sadə meyvə-tərəvəz qəbul etmək lazımdır.
Sonuncu yemək qəbulu yuxudan ən azı 2 saat əvvəl olmalıdır. Axşam saat 10-da yatmalı olduğunuzu nəzərə alsaq, yemək qəbulu saat 8-də bitməlidir ki, həzm sistemi yuxuda işləməsin, dincəlsin”, – Fedulov qeyd edib.