Ötən gecə Çinin cənubundakı Quanqdonq əyalətində dəmir yolu tikintisinin zəminin uçması nəticəsində 13 işçi itkin düşüb.Sincan şəhərinin Baoan rayonunun Fövqəladə Hallar İdarəsi bürosunun verdiyi məlumata görə, Sincan-Syanmin dəmir yolu tikintisinin 5 saylı tikinti sahəsində çökmə baş verib.Ərazidə çalışan 13 işçi çökən hissədə qalıb və işçilərlə əlaqənin kəsildiyi bildirilib.Qeyd edilib ki, bölgəyə yerli fövqəladə hallar rəsmiləri və təbii fəlakətdən xilasetmə qüvvələri göndərilib, axtarış-xilasetmə işləri davam etdirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta