AZ

Çində dəmir yolu tikintisi zamanı çöküntü - 13 işçi itkin düşdü

Ötən gecə Çinin cənubundakı Quanqdonq əyalətində dəmir yolu tikintisi zamanı uçma baş verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Sincan şəhərinin Baoan rayonunun Fövqəladə Hallar İdarəsi bürosunun verdiyi məlumata görə, Sincan-Syanmin dəmir yolu tikintisinin 5 saylı tikinti sahəsində çökmə baş verib.

Ərazidə çalışan 13 işçi çökən hissədə qalsa da, işçilərlə əlaqənin kəsildiyi bildirilib.

Qeyd edilib ki, bölgəyə yerli fövqəladə hallar rəsmiləri və təbii fəlakətdən xilasetmə qüvvələri göndərilib, axtarış-xilasetmə işləri davam etdirilib.
 
Gülay
Seçilən
5
4
azxeber.com

5Mənbələr