AZ

COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir - Cəlil Xəlilov

Bakı. Trend:

Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti başa çatsa da,tədbirlə bağlı təəssüratlar, habelə, sammitin nəticələrindən irəligələn vəzifələrin müzakirəsi davam edir.

Sammitlə bağlı diqqət çəkən məqamlardan biri tədbirin yüksəktəhlükəsizlik şəraitində təşkili ilə bağlıdır.

Maraqlıdır, 80 min nəfərə yaxın qonağın iştirak etdiyi sammitdətəhlükəsizliyin yüksək səviyyədə təşkili hansı mətləblərdən xəbərverir?

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınınsədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlərsəsləndirib:

“COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX vədigər güc orqanlarının peşəkarlığını göstərir.

Beynəlxalq sammit zamanı ölkəmizə gələn 80 minə yaxın qonağıntəhlükəsizliyi etibarlı şəkildə təmin edildi ki, bu da hər şeydənöncə güc orqanlarımızın – Dövlət Təhlükəsizliyi Xidmətinin, XariciKəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin, PrezidentinTəhlükəsizlik Xidmətinin peşəkarlığını göstərir. Bu fakt bi dahasübut edir ki, ölkəmizin hüquq-mühafizə və təhlkəsizlikorqanlarında iş yüksək səviyyədə təşkil edilib və onların hazırlıqsəviyyəsi beynəlxalq əhəmiyyətli ali tədbirlərin təhlükəsiz şəkildəkeçirilməsinə imkan verir.

Şübhəsiz, COP29-un təhlükəsiz ortamda təşkili məsələsindəDTX-nın üzərinə xüsusi məsuliyyət düşürdü. Qürurvericidir ki,adıçəkilən qurum bu işin öhdəsindən çox böyük bacarıqla gəldi.Sammit zamanı kiçik də olsa xoşagəlməz hadisə baş vermədi. Sammitsakit və təhlükəsiz bir ortamda öz fəaliyyətinə başladı və bu cürdə başa çatdı.

Təşkilatçılıqla yanaşı, təhlükəsizliyin yüksək səviyyədətəşkili, qonaqlara göstərilən yüksək diqqət və qayğı ölkəmizə səfəredən hər kəsdə xoş təəssürat yaratdı. Əminliklə demək olar ki,Azərbaycan COP29-dan mənəvi-diplomatik baxımdan böyük qazanclaçıxdı.

COP29-un yüksək səviyyədə təşkili bütün dünyaya göstərdi ki,ölkəmiz bu cür mühüm tədbirlərə ev sahibliyi etmək üçün idealölkədir. Yəqin ki, bu faktor gələcək tədbirlər zamanı da nəzərəalınacaq və ölkəmiz bundan sonra da öz zəngin təşkilatçılıqtəcrübəsi ilə hər kəsi heyrətləndirməkdə davam edəcək”.

Seçilən
56
1
az.trend.az

2Mənbələr