AZ

Məktəbdə DƏHŞƏTLİ OLAY❗ Müəllim və şagirdlər yaralandı

Dekabrın 6-da Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.

Paytaxt.org "32gun.az"-a istinadən xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub. 

Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.  

Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən pedaqoji heyət və şagirdlərin sağlamlığı və təhlükəsizliyinə həssaslıqla yanaşılır. Bu istiqamətdə təhsil müəssisələrinin rəhbərlərinə mütəmadi olaraq müvafiq tapşırıqlar verilir.

Seçilən
45
35
paytaxt.org

10Mənbələr