Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə xoşagəlməz hadisə yaşanıb.
BAKU.WS "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb. Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
"Cebheinfo.az"