AZ

"Bəşər Əsəd Rusiya üçün o zaman maraqlı idi ki..." - ŞOK AÇIQLAMA

Suriyada Əsəd rejimini hər zaman müdafiə edən Rusiya son hadisələrdə meydanda fəal görünmədi. Analitiklər Rusiyanın Suriyada Əsəd rejiminə göstərdiyi dəstəyin zəifləməsini bir neçə amillə əlaqələndirirlər. Rusiyanın Ukrayna müharibəsində  resurslarının tükənməsi,

Suriyada yerləşən bəzi qüvvələrin Ukrayna cəbhəsinə yönləndirilməsi də bu zəifliyin əsas göstəricilərindən biri kimi dəyərləndirilir.

Türkiyə, İran və ABŞ kimi digər regional və qlobal güclər Suriyadakı təsirlərini artırmaq üçün daha fəal olublar. Xüsusilə Türkiyə PKK/PYD/YPG qüvvələrinə qarşı əməliyyatlarını artırıb, İran isə öz dəstəkçilərini gücləndirir. Bu, Rusiyanın təsir sahəsini məhdudlaşdırır.

Mövzu ilə bağlı Musavat.com-a şərh verən siyasi analitik Azər Hüseynov da Rusiya amili ilə bağlı bir sıra məqamları diqqətə çatdırdı:

  "Rusiyanın son olaylarda Əsədi müdafiə etməməsinin bir sıra səbəbləri vardır. İlk əvvəl ona görə ki, Rusiya üçün əsas birinci dərəcəli maraq dairəsi Şərqi Avropadır. Hazırda Ukraynada gedən müharibə Rusiya üçün prioritetdir. Rusiya Ukraynada hərbi məqsədlərinin əksəriyyətini reallaşdıra bildi. Ukraynaın xeyli hissəsi Rusiyanın nəzarəti altındadır. Ukrayna müharibəsi yeni başlayanda bir çox ekspert də daxil, maraqlanan camiə eyforiya içində idi ki, Rusiya burada məğlub olacaq. Mən isə daim deyirdim ki, Rusiya Qərbi Ukrayna məsələsində parçalayacaq, Zelenskinin ətrafında çatlar yaranacaq, Ukrayna fakitiki olaraq parçalanacaq, Ukrayna Qərb tərəfindən ortada buraxılacaq. Məlumdur ki, ABŞ-də seçkilərdə Tramp qalib gəldi. Tramp heç vaxt Vladimir Putinə öz simpatiyasını gizlətməyib. Eyni zamanda, son bir ildə Fələstində, Qəzzada gedən proseslər bir çox məsələyə təsir etdi. Yaxın Şərqdə proseslər intensivləşdi. İran Suriya xətti vasitəsi ilə Livana keçərək Hizbullahı silahlandırır. Hizbullah isə öz növbəsində İsraillə savaşdı. Sonda bir atəşkəs əldə edildi. Lakin bu regionda bir çox tərəfi, o cümlədən İsraili məşğul etdi. ABŞ üçün bölgədə İranın proksi qüvvələrinin güclənməsi heç də uyğun deyildir. İranın Yaxın Şərqdə güclənməsi bir çox oyunçunun ürəyindən deyil. Burada Türkiyə də, ABŞ də var. Hətta Rusiya ilə İran arasında belə Suriyada təsir üstündə latent ziddiyyət vardı. Bir sözlə, proseslər intensivləşdi. Maraqlı odur ki, Türkiyə tərəfinin bildirdiyinə görə Əsəd bu haqda məlumatlandırılsa da, Türkiyənin sözlərini dinləmədi. Onun ortadan qaldırılması istiqamətində fəaliyyət başladı".

Analitik əlavə edib ki, Əsədin hakimiyyətdə qala bilməsində Rusiyanın böyük rolu olub:

"Amma Suriya Rusiya üçün ehtiyat oyun məkanıdır. Burada fəaliyyət göstərərək Qərbə, konkret isə ABŞ-ə problem yarada bilib. ABŞ üçün isə Yaxın Şərq birinci dərəcəli maraq dairəsidir. Arxa planda çox böyük ehtimal ki, ABŞ Rusiyanın Ukraynadakı faktiki varlığını, Rusiyada Yaxın Şərqdə ABŞ-nin varlığını tanıdılar. Belə olan halda Rusiyanın Əsəd üçün israrla dirənməsinin heç bir mənası yoxdur. Önəmli olan Ukrayna istiqamətidir. Trampın ətrafından isə Rusiyanı məmnun edəcək mesajlar gəlir. Ən azı belə iddialar vardır. Zelenski də ordusnun işğala qarşı gücsüzlüyünü etiraf edir, ayda bir neçə dəfə Ukrayna müdafiə naziri, qərargah rəisi dəyişir. Ona görə də, Rusiya artıq tam olaraq diqqətini Ukraynaya yönəldir. Ola bilər ki, Ukraynada bir status kvo və faktiki atəşkəs yaransın. Eyni zamanda, Rusiya Suriyada döyüş təcrübəsi olan hərbi hissələrini Ukraynaya yönəlstin. Bir sözlə, Bəşər Əsəd Rusiya üçün o zaman maraqlı idi ki, Qərbə qarşı bir kart idi. Əgər Qərblə ünsiyyətdə birbaşa dialoq yaranırsa və şərtlər ödənirsə Rusiya üçün Əsədin mənası qalmır. Lakin Rusiya hər hansısa bir formada Yaxın Şərq regionuna nəzarət etməyə çalışacaq".

Afaq Mirayiq,
Musavat.com

Seçilən
80
50
musavat.com

10Mənbələr