Misli Premyer Liqasının XVI turunun "Səbail" - "Araz-Naxçıvan" matçından (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib.
"Araz-Naxçıvan"ı təbrik edirəm. Oyuna yaxşı hazırlaşsaq da, uduzduq. Komanda kimi üzülürük. Nələrisə dəyişmək istəyirik. Amma hələ ki, alınmır. Hücum xəttində problemlərimiz var. Nə qədər çalışsaq da, düzəldə bilmirik. Səbirli olmalıyıq. Maksimum dərəcədə toparlanmalıyıq, özü də tez bir zamanda. Son iki oyun qalıb qışa qədər. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək".
- Şahin Diniyevin vaxtında da komanda uduzurdu, amma ara-sıra xal alırdı. Üç oyuna çıxarmısız, amma qol da vura bilməmisiz. Kimdir günahkar, Diniyev, yoxsa siz?
- Əlimizdə bugünkü gündə çox material yoxdur. Heyətimizə baxsaq, zədəlilərimiz də var. O qədər də geniş heyətə sahib deyilik. Gəldiyim gündən üç oyuna çıxarmışam. Kuboku çıxmaq şərtilə. "Qarabağ"la başabaş mübarizə aparmaq çox çətindir. "Sabah"dan xal alacağımıza çox ümidliydik. Uduzduq. "Araz-Naxçıvan" bu dəqiqə ən formada olan iki komandadan biridir. Çalışırıq nəyisə dəyişək. Amma hələ ki, alınmır.
- Heyət geniş deyil?
- Önəmli nüansdır. Bir komandada sırf hücumçu yoxdursa, deyə bilərik ki, heyət geniş deyil. Hər mövqedə iki oyunçu olur. Amma bizdə çox mövqelər var ki, orada ikinci oyunçu yoxdur. Futbolçular hiss etmirlər ki, onun yerində oynayacaq ikinci oyunçu yoxdur. Bu durumda işləmək çətindir. Qışa qədər başqa şansımız yoxdur. Son iki oyuna köklənəcəyik ki, nəticə olsun.
- Qışda büdcə ayrılmasa, erkən ayrılıq mümkündür?
- Bu haqda danışmaq hələ tezdir. Ümid edirəm ki, istədiyimiz transferləri edə biləcəyik. Bir neçə mövqe var ki, futbolçu gətirə biləcəyik.
- Özünüzü necə motivasiya edirsiz?
- Durum aydındır, durumu bilib gəlmişəm. Futbolçularla da iclaslarda bunun mümkün olduğunu futbolçulara aşılayırıq. Bir qələbə kifayət edər ki, özünəinam qayıtsın. Futbolda özünəinam böyük önəm kəsb edir. Qışa qədər iki oyun qalıb. Rəqiblərimiz də güclüdür. Bunu reallaşdıra bilmirik. İnamımız da itməyib.
- Növbəti turda "Şamaxı" ilə qarşılaşacaqsız. Dönüş nöqtəsi həmin matç ola bilər?
- Çempionatda hər bir rəqib bizim üçün eyni səviyyədədir. Biz çox istəyirik ki, qalib gələk. Sonuncuyuq deyə, təzyiq yaranır. Futbolçular da turnir cədvəlini görəndə, narahatçılıq keçirirlər. İşimiz onları sakitləşdirib, oyuna kökləməkdir. Səfərdə də çətin olacaq. Niyyət, məqsəd olaraq bir oyun qalib gələk.
“Sumqayıt”ın prezidenti məhkəməni aldadıb
Rahilin komandası növbəti dəfə məğlub oldu
Emreli oynadı, komandası məğlub oldu
AFFA rəsmiləri “Bağçalarda Futbol Dərsi” layihəsi çərçivəsində Türkan qəsəbəsində olublar
Dadaşov və Nəzərlinin komandasının rəqibi bəlli olub