AZ

Anasının vida mərasimində Mahsuna hörmətsizlik! - VİDEO

Məşhur sənətçi Mahsun Kırmızıgülün anası uzun müddətdir müalicə aldığı xəstəlik səbəbilə dünyasını dəyişib. Bu acı xəbəri sosial media hesabından paylaşan Kırmızıgül, anasının dəfn mərasimi üçün Diyarbakıra gəlib. Lakin burada qarşılaşdığı vəziyyət sənətçini dərindən kədərləndirib.   Manset.az Milli.az-a istinadən xəbər verir ki, Diyarbakır Selahəddin Eyyubi Məscidində qılınan cənazə namazında iştirak edən Kırmızıgül, anasına vida edərkən, bir tərəfdən də onunla şəkil çəkdirmək istəyənlərlə üzləşib. Bu vəziyyət həm Kırmızıgülü, həm də digər sevənlərini olduqca məyus edib. Dəfn mərasimində yaşanan bu xoşagəlməz hadisəyə qarşı bəzi vətəndaşlar Kırmızıgülü qorumaq üçün hərəkətə keçiblər. Özləri ilə şəkil çəkdirmək istəyənləri xəbərdar edib və sənətçinin xüsusi anlarına hörmət göstərmələri lazım olduğunu bildiriblər. Kırmızıgülün bu çətin günündə onu tək qoymayan sevənləri sosial media vasitəsilə başsağlığı mesajları paylaşaraq sənətçiyə və ailəsinə səbir diləyiblər. Bu mənfi hadisənin təsirinə baxmayaraq, insanlar Kırmızıgülə dəstəklərini ifadə ediblər.

Seçilən
40
1
manset.az

7Mənbələr