AZ

Mahsun Kırmızıgülün anasının dəfnində SKANDAL - Bu FOTO gündəm oldu

 

Xəbər veriyimiz kimi, məşhur müğənni və rejissor Mahsun Kırmızıgülün anası Faike Arık dünyasını dəyişib.

Sənətçi acı xəbəri sosial media hesabında paylaşaraq anasını Diyarbəkirdə son mənzilə yola salıb.

Kırmızıgül anasını dəfn edərkən göz yaşlarını saxlaya bilməyib. Səlahəddin Əyyubi məscidində keçirilən dəfn mərasimində sənətçi onunla selfie çəkdirmək istəyən şəxslərə görə çətin anlar yaşayıb. Yaxınlıqda olan vətəndaşlar bu şəxsləri uzaqlaşdırsa da, onların israrlı hərəkətləri təəccüb doğurub.

Qeyd edək ki, Mahsun Kırmızıgülün İstanbulda dünyasını dəyişən anası Faike Arıkın cənazəsi səhər saatlarında Diyarbəkirin Yenişəhər rayonundakı Səlahəddin Əyyubi məscidinə gətirilib. Günorta namazından sonra qılınan cənazə namazında CHP millət vəkilləri Mustafa Sarıgül, Sezgin Tanrıkulu, aktyor Zəkəriyyə Karakaş və çoxsaylı vətəndaşlar iştirak edib. Musavat.com

Dəfn mərasimindən görüntülər:

Seçilən
35
4
sitat.info

7Mənbələr