Təbrizin Çəmran qəsəbəsində qaz partlayışı 4 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnib.
Oxu.Az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Bildirilir ki, Şərqi Azərbaycan Fövqəladə Hallar Təşkilatının sözçüsü hadisə haqda danışıb:
“Yaşayış evində baş vermiş partlayış və bir neçə evin dağılması nəticəsində 4 nəfər ölüb. Yaralanan 8 nəfərə isə hadisə yerində olan Təcili Tibbi Yardım Xidməti tərəfindən yardım göstərilib”, – o deyib.