Təbrizin Çəmran qəsəbəsində qaz partlayışı 4 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnib.
Teleqraf.com "axar.az"a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
"Yaşayış evində baş vermiş partlayış və bir neçə evin dağılması nəticəsində 4 nəfər ölüb. Yaralanan 8 nəfərə isə hadisə yerində olan Təcili Tibbi Yardım Xidməti tərəfindən yardım göstərilib", - Şərqi Azərbaycan Fövqəladə Hallar Təşkilatının sözçüsü bildirib.
Müəllif: Teleqraf.com