AZ

“Suriya bizim dostumuz deyil” - Tramp

“ABŞ Suriyaya müdaxilə etməməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Suriya vəziyyət qarışıqdır. Amma Suriya bizim dostumuz deyil. Bu, bizim savaşımız deyil. Biz bu vəziyyətin öz-özünə həllinə imkan verməliyik”, - Tramp qeyd edib.

Onun sözlərinə görə, müxalifət Suriya Prezidenti Bəşər Əsədi devirmək üçün ciddi addımlar atmağa hazırlaşır:

“Onlar artıq Dəməşqə yaxınlaşırlar. Bu, Bəşər Əsəd rejiminə qarşı atılmış ciddi addımdır”.

Seçilən
32
2
qafqazinfo.az

3Mənbələr