“ABŞ Suriyaya müdaxilə etməməlidir”.
EDnews xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“Suriyada vəziyyət qarışıqdır. Amma Suriya bizim dostumuz deyil. Bu, bizim savaşımız deyil. Biz bu vəziyyətin öz-özünə həllinə imkan verməliyik”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, müxalifət Suriya Prezidenti Bəşər Əsədi devirmək üçün ciddi addımlar atmağa hazırlaşır:
“Onlar artıq Dəməşqə yaxınlaşırlar. Bu, Bəşər Əsəd rejiminə qarşı atılmış ciddi addımdır”.