Göygöl rayonunda ət və süd istehsalında ötən ilə nisbətən artım qeydə alınıb.
Bu barədə "Far.Az"un Qərb bürosuna Göygöl rayon Statistika İdarəsindən bildirilib.
Quş əti də daxil olmaqla diri çəkidə 2 674,0 ton ət, 19 697,0 ton süd istehsal olunub.
Qeyd edək ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 0,6 faiz, süd istehsalı 1,2 faiz artıb.