Cəlilabad rayonunda ət və süd istehsalında ötən illə müqayisədə azalma qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, cari il rayonda 12 390 ton ət, 69 081 ton süd istehsal olunub. 2023-cü ilin müvafiq dövründə ət istehsalı 14 641 ton, süd istehsalı 72 456 ton təşkil edib.
Rayonda yun istehsalında ötən illə müqayisədə artım qeydə alınıb. Cari il 220 ton yun istehsal olunub. Ötən il isə bu rəqəm 218 ton təşkil edib (Report).