"Neftçi" Misli Premyer Liqasının 16-cı turunda “Sumqayıt”la görüşə 4 itki ilə çıxacaq.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlayıb.
"Ağ qaralar" bu gün oyuna hazırlığı yekunlaşdırıblar. Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışıb. Bu futbolçularla yanaşı cəzalılar – Yuri Matias və Edvin Kuç da “Sumqayıt”la matçı buraxacaqlar.
Qeyd edək ki, sabah Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 18:00-da start götürəcək.
İdman.biz