Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 1 milyon 546 min 810 ədəd buket düzəltmək və ya dekorativ məqsədlər üçün qərənfil gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu sayda qərənfillərin alışına çəkilən xərcin həcmi 107 min 290 ABŞ dolları olub. İdxal olunan qərənfillərin bir ədədinin orta qiyməti 7 sent (12 qəpik) olub.
Azərbaycana qərənfil gətirilən ölkələr və gətirilən məhsulun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiz:
Ölkələr | Miqdar (min ədəd) | Məbləğ (min ABŞ dolları) | Bir ədəd üçün orta qiymət (manatla) |
Ekvador | 43,4 | 9,03 | 0,35 |
Həbəşistan | 0,54 | 0,39 | 1,22 |
İran İslam Respublikası | 23,98 | 3,33 | 0,23 |
Keniya | 0,5 | 0,35 | 1,19 |
Kolumbiya | 19,48 | 9,99 | 0,87 |
Türkiyə | 1457,4 | 83,11 | 0,09 |
Niderland | 1,51 | 1,09 | 1,22 |
Valyuta.az |
Bu dövrdə Azərbaycandan yalnız Rusiyaya qərənfil satılıb. Belə ki, satılan 1 milyon 331 min ədəd qərənfildən əldə olunan vəsait 241 min 20 ABŞ dolları təşkil edib. İxrac olunan bir ədəd qərənfilin orta qiyməti 18 sent (30 qəpik təşkil edib.
Əvəz Həsənov