AZ

Azərbaycan və Türkiyə sahibkarlarının işgüzar görüşü keçiriləcək

Azərbaycan və Türkiyə sahibkarlarının işgüzar görüşü keçiriləcək.
 
16-20 dekabr tarixlərində Türkiyədən olan müxtəlif sektorlardakı sahibkarlar ölkəmizdə səfərdə olacaq. 
 
Bu səfər çərçivəsində, 18 dekabr tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə B2B formatında işgüzar görüş keçiriləcək.
 
Görüşün məqsədi iki ölkə arasında biznes əlaqələrini inkişaf etdirmək, yeni əməkdaşlıq imkanları yaratmaqdır.
 
Görüşdə iştirak edəcək sektorlara daxildir:
 
- Səhiyyə  
- Mədən
- İnşaat və tikinti avadanlığı  
- Müdafiə və aviasiya  
- Dəmir yolu nəqliyyat sistemləri  
- Elektrik
 
Tədbir haqqında əsas məlumatlar: 
 
- Tarix: 18 dekabr 2024-cü il  
- Saat: 09:30-13:30  
- Məkan: Baku Marriott Hotel Boulevard, Xəqani Rüstəmov küçəsi 4C, Xətai rayonu, Bakı  
 
Görüşdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
 
 
  
 
Seçilən
58
49
moderator.az

10Mənbələr