“Liverpul”u və komandanın sabiq baş məşqçisi Yurgen Kloppu təhqir edən ingilis futbol hakimi Devid Kut istefaya göndərilib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bundan əvvəl internetdə Devid Kutun “Liverpul” və Yurgen Kloppu təhqir etdiyi video yayılıb. PGMOL arbitrin hərəkətlərini əmək müqaviləsinin ciddi pozuntusu kimi qiymətləndirib və əvvəlcə onu işdən uzaqlaşdırıb, daha sonra isə Kutun qovulmasına qərar verib.
“David Kutun hərəkətləri onun əmək müqaviləsinin şərtlərinin ciddi şəkildə pozulması kimi müəyyən edilib”, – PGMOL-un bəyanatında deyilir.