AZ

Hakan Fidan BMT-nin baş katibi ilə Suriyadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyanın siyasi nizamı və bərpası ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin Suriyada dayanıqlı siyasi keçidin təmin edilməsi, humanitar yardımların çatdırılması və bu ölkənin yenidən qurulması istiqamətində atacağı mümkün addımlar müzakirə edilib.

Bizim.Media

Seçilən
29
23
bizim.media

10Mənbələr