ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Suriyada rejimin süqutundan sonra baş verənlərlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.
İndex.az xəbər verir ki, Miller İsrail ordusunun Qolan təpələrinin o tayındakı Suriya ərazisinə girməsinin təhlükəsizlik boşluğu səbəbindən “müvəqqəti vəziyyət” olduğunu bildirib.
Miller hər bir ölkənin terror təşkilatlarına qarşı hərəkətə keçmə haqqının olduğunu bildirib: “Suriya ordusu (Suriyada süqut edən Baas rejiminin devrilmiş lideri Bəşər Əsədə sadiq rejim qüvvələri) İsrail-Suriya tamponu ətrafındakı mövqelərini tərk etdi. Danışıqların mövzusu olan zona (Qolan Təpələri) İsraili və vətəndaşlarını potensial olaraq təhdid edən terror təşkilatları tərəfindən doldurula biləcək bir boşluq yaratdı.
“Düşünürəm ki, hər bir ölkə, xüsusən də Suriyada indiki kimi qeyri-sabit vaxtlarda, sərhədində terror təşkilatları tərəfindən doldurula biləcək mümkün boşluqdan narahat olacaq. Ona görədə İsrailin bu addımları “müvəqqətidir”.