Ukrayna səfərbərlik yaşını aşağı salsa, ABŞ və onun müttəfiqləri yeni çağırışçıları təchiz etməyə və təlim keçməyə hazır olacaq.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.
“Biz açıq şəkildə bildirdik ki, onlar döyüşmək üçün əlavə qüvvələr gətirsələr, biz və müttəfiqlərimiz döyüşə bilməsi üçün onları təchiz etməyə və öyrətməyə hazır olacağıq”, - Miller deyib.
Qeyd edək ki, daha öncə Ukrayna lideri Zelenski bu təklifə reaksiya vermiş və bunun ölkəsinin daxili işi olduğunu bildirmişdi. “Sizin işiniz bizi silahla təmin etməkdir – siz öz işinizi görün, biz də öz işimizi”, - deyə Zelenski bəyan edib.
ABŞ bir neçə dəfə çağırış yaşının 25-dən 18-ə salınmasını təklif edib.