AZ

Şimali Koreya qoşunları Kursk bölgəsindədir və döyüşə girməyə hazırdır - Pentaqon

“Şimali Koreya qoşunları Rusiya Federasiyasının Kursk vilayətində qalmaqda davam edir”. 

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsünün müavini Sabrina Sinq məlumat verib.

“KXDR qoşunları hələ də Kursk vilayətindədir”, - deyə siyasətçi vurğulayıb.

Sinqin sözlərinə görə, ABŞ Şimali Koreya hərbçilərinin cəbhədə aktiv döyüş əməliyyatlarında iştirakını hələ qeydə almayıb, lakin vəziyyətin inkişafını izləyir.

“Biz bilirik ki, onlar döyüşməyə hazırdırlar və hadisələri izləməyə davam edirik”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
10
8
missiya.az

9Mənbələr