Şimali Koreya qoşunları Rusiya Federasiyasının Kursk vilayətində qalmaqda davam edir.
ABŞ Müdafiə Nazirliyinin sözçünün müavini Sabrina Sinq bildirib ki, onlar hələ döyüş geçirməsələr də, mümkün döyüşə hazırlığı yüksək olaraq qalır.
Sinqin sözlərinə görə, ABŞ Şimali Koreya hərbçilərinin cəbhədə aktiv döyüş əməliyyatlarında iştirakını hələ qeydə almayıb, lakin vəziyyətin inkişafını izləyir. “Biz bilirik ki, onlar döyüşməyə hazırdırlar və biz hadisələri izləməyə davam edirik”, o əlavə edib.
//Samir Qurbanov, Editor.az