"Ağakərimin vəziyyəti demək olar ki, yaxşı deyil. Yeddi ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir".
BAKU.WS xəbər verir ki, bu sözləri meyxana ustadı Ağamirzə Məmmədov qonaq olduğu "Elgizlə izlə" verilişində deyib.
60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur:
"Ağakərimə övladları baxır. Halal olsun onlara. Ağakərim insanları tanımır. O illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var".
Meyxanaçı efirdə digər həmkarları ilə bağlı da danışıb.