“Ağakərimin vəziyyəti demək olar ki, yaxşı deyil. 7 ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir”.
Bunu meyxanaçı Ağamirzə Məmmədov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur:
“Ağakərimə övladları baxır. Halal olsun onlara. Ağakərim insanları tanımır. O, illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var”.
Meyxanaçı efirdə digər həmkarları ilə bağlı da danışıb.