AZ

Kanadalı üzgüçü dünya çempionatında yeni rekord müəyyənləşdirib

Kanadalı üzgüçü Sammer Makintoş dünya çempionatında 400 metr məsafəyə sərbəst üsulla üzməkdə yeni rekord müəyyənləşdirib.

"Report" xəbər verir ki, o, Macarıstanın paytaxtı Budapeştdə baş tutan mundialda məsafəni 3 dəqiqə 50,25 saniyəyə başa vurub.

Əvvəlki dünya rekordu (2022) Li Bingjieyə məxsus idi. Çinli üzgüçü həmin məsafəni 3 dəqiqə 51,30 saniyəyə qət etmişdi.

Qeyd edək ki, 18 yaşlı Makintoş üçqat Olimpiya çempionudur və Paris-2024-də gümüş medal qazanıb.

Seçilən
20
3
far.az

4Mənbələr