Kanadalı idmançı Sammer Makintoş üzgüçülük üzrə dünya çempionatında 400 metr məsafəyə sərbəst üsulla üzmədə yeni rekord müəyyənləşdirib.
Korrespondent.az xəbər verir ki, o, Macarıstanın paytaxtı Budapeştdə baş tutan mundialda 3 dəqiqə 50,25 saniyə nəticə göstərərək dünya rekordu qırıb.
Əvvəlki dünya rekordu (2022) Li Bingjieyə məxsus idi. Çinli üzgüçü həmin məsafəni 3 dəqiqə 51,30 saniyəyə qət etmişdi.
Qeyd edək ki, 18 yaşı olan S.Makintoş üçqat Olimpiya çempionudur və Paris-2024-də gümüş medal qazanıb.