AZ

AK islahatlar üçün Moldovaya daha 50 milyon avro ayırıb

Avropa Komissiyası (AK) Moldovaya ölkədə islahatların aparılması üçün daha 50 milyon avro ayırıb.

“İki sahil” xəbər verir ki,  bunu AK rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində bildirib.

“Bu gün biz islahatlara və iqtisadi sabitliyə dəstək üçün 50 milyon avro yardım etdik”, - o yazıb.

AK rəhbərinin sözlərinə görə, Moldova Aİ yolunda öz ədliyyə sistemində islahatlar aparmağa çalışır.

“Hakimlərin və prokurorların dürüstlüyünün qiymətləndirilməsi qanunun aliliyinin təmin edilməsi üçün vacibdir. Biz hakimlərin yoxlanılmasını sürətləndirmək üçün yol xəritəsini müzakirə etdik və Aİ-nin buna dəstəyini 10 milyon avroya çatdırdıq”, - o əlavə edib.

Fon der Lyayen həmçinin vurğulayıb ki, Aİ 2025-ci ildə Moldovanın üzvlük danışıqlarının əsas mərhələsinin başlamasını səbirsizliklə gözləyir.

Seçilən
48
3
ikisahil.az

10Mənbələr