AZ

ABŞ Ukraynada iki sahəyə 300 milyon dollar yaxın vəsait ayırıb

ABŞ Ukraynanın kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün 74,7 milyon dollar, ölkənin nəqliyyat infrastrukturunu bərpa etmək üçün isə 223 milyon dollar ayırmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin idarəetmə və resurslarla bağlı məsələlərə nəzarət edən birinci müavini Riçard Verma məlumat açıqlayıb.

Onun sözlərinə görə, qərar Konqres tərəfindən tam dəstək alıb. Verma bildirib ki, kənd təsərrüfatı Ukraynanın əsas ixrac imkanlarından biridir və onun ayaqda qalması, daha da inkişaf etməsi əsas prioritetlərdən biridir.

Musavat.com

Seçilən
40
50
musavat.com

10Mənbələr