AZ

ABŞ-də təyyarəyə qumbara keçirmək istəyən şəxs saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Nyu-York şəhərində sərnişinlərdən biri təyyarənin göyərtəsinə qumbara keçirməyə cəhd edib və hava limanında yoxlama zamanı saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC News" məlumat verib.
Hadisənin La-QuardiYa hava limanında baş verdiyi bildirilir. Nəqliyyatın Mühafizəsi İdarəsinin əməkdaşları kişinin əl yükündə partlayıcı qurğu aşkar ediblər. O bildirib ki, qumbaranı ona muzeydə hədiyyə veriblər.
Baxış zamanı məlum olub ki, qurğu təhlükəsizdir və partlaya bilməz. Buna baxmayaraq, qumbara müsadirə edilib və sərnişinin təyyarəyə minməsinə icazə verilib.
Seçilən
56
50
oxu.az

10Mənbələr