AZ

Kişi voleybolçular arasında Yüksək Liqada II tur yekunlaşıb

Bakı, 11 dekabr, AZƏRTAC

Kişi voleybolçular arasında Yüksək Liqada II tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son qarşılaşması “Murov Az Terminal” və “Neftçi” komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində baş tutan görüş “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki matçlarında “Xilasedici” MOİK-i, "Azərreyl" isə "Gənclər" komandasını eyni hesabla üstələyib – 3:0.

Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları dekabrın 17-18-də keçiriləcək.

Seçilən
49
1
azertag.az

3Mənbələr