AZ

Kişi voleybolçular arasında Yüksək Liqada II tur yekunlaşıb

Kişi voleybolçular arasında Yüksək Liqada II tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son qarşılaşması “Murov Az Terminal” və “Neftçi” komandaları arasında olub. GİN-in Voleybol Mərkəzində baş tutan görüş “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki matçlarında “Xilasedici” MOİK-i, "Azərreyl" isə "Gənclər" komandasını eyni hesabla üstələyib – 3:0.

Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları dekabrın 17-18-də keçiriləcək.

Seçilən
12
1
yeniazerbaycan.com

3Mənbələr