AZ

Tbilisidə etiraz aksiyası başladı

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası bərpa olunub.

Teleqraf.com xəbər verir ki, Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Aksiya dinc şəraitdə keçirilir. Etirazçılar yeni parlament seçkilərinin keçirilməsi və aksiyalarda saxlanılan bütün şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Tbilisinin Birinci Respublika meydanında Gürcüstanın bəzi dövlət qurumlarının əməkdaşları da aksiya keçirir. Onlar yürüş edərək parlament binası önündəki mitinqə qoşulacaqlar.

Qeyd edək ki, Tbilisidə etiraz aksiyası 14-cü gündür davam edir. Qonşu ölkədə etirazlar noyabrın 28-dən baş qaldırıb. Buna səbəb Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan etməsi olub.


Müəllif: Cəmilə Babayeva
Seçilən
26
11
teleqraf.com

10Mənbələr