Tbilisidə növbəti etiraz aksiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında toplaşan etirazçılara müxtəlif ali məktəblərin tələbələri və müəllimləri yürüş edərək qoşulublar.
Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Aksiya dinc şəraitdə davam edir.
Analoji etiraz aksiyası Batumi şəhərində Acarıstanın hökumət binası önündə də təşkil olunub.
Qeyd edək ki, Tbilisidə aksiya artıq 21-ci gündür keçirilir. Gürcüstanda etirazlar noyabrın 28-dən baş qaldırıb. Həmin gün Gürcüstan hökuməti Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayıb.