AZ

Blinken: Suriyanın parçalanması bizim marağımıza uyğun deyil

ABŞ dövlət katibi Antoni Blinken Suriyadakı siyasi keçid prosesindən ümidli olduqlarını ifadə edərək, “Əgər Suriya əks istiqamətə gedərək parçalansa, daha çox kütləvi köç, terror və ekstremizmin mərkəzinə çevrilən bir bölgə görəcəyik. Bunların heç biri bizim marağımıza uyğun deyil”-dedi.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Əfqanıstanla bağlı keçirilən sessiyada Suriyadakı son vəziyyəti dəyərləndirib.

Blinken Suriyadakı keçid prosesini yaxından izlədiklərini və ölkədə sabitliyin əldə olunacağına ümid etdiklərini qeyd edib.

“Səmimiyyətlə ümid edirəm ki, Suriya son bir neçə onilliyin fəlakətlərindən uzaqlaşaraq, ölkəni təşkil edən bütün müxtəlif icmaları əks etdirən bir millətə çevrilə bilər". Blinken həmçinin bildirib ki, Suriyanın parçalanması bizim marağımızda deyil.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
2
turkustan.az

3Mənbələr